14 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi üçün 3 mln. manat ayrıldı

14:57 - 17.04.2019


17 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev 14 yaşayış məntəqəsini birləşdirən Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılması barədə Sərəncam imzalayıb.

 

Bütün xəbərlər