Azərbaycana səfər edən Çin turistlərinin sayı 53% artıb

12:06 - 18.04.2019


18 aprel, Fineko/abc.az. Azərbaycan özünün turizm sənayesinin inkişafına böyük diqqət ayırır.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində bildirib.

“Son illər biz bu istiqamətdə mühüm uğurlar əldə etmişik. Azərbaycana səfər edən Çin turistlərinin sayında 53 faiz artım var. Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir”, - İ.Əliyev bunu deyib.

Onun sözlərinə əsasən, Çinlə əlaqələr bizim xarici siyasətimizin prioritetlərindəndir.

 

Bütün xəbərlər