Dünən AMB qısamüddətli notların bütün buraxılışını yerləşdirə bilmədi

12:23 - 18.04.2019


18 aprel, Fineko/abc.az. Ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 17 aprel  tarixində AMB 50101673S dövlət nömrəli, 300 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

11 investordan 199 526,4 min manat məbləğində 18 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli  notlar üçün 99,3053 manatdan (gəlirlilik 8,99%) 99,4581 (7,01%) manata qədər

təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,3053 manat (gəlirlilik 8,99%), orta ölçülmüş qiymət 99,3199 AZN (8,80%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə yalnız 199 526,4 min manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 15 may  2019-cu il.

 

Bütün xəbərlər