Azərbaycanda avtomobil idxalı 2,3 dəfə artıb

12:42 - 18.04.2019


18 aprel, Fineko/abc.az. Yanvar-mart aylarında Azərbaycan 7 978 avtomobil idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil idxalı 2,3 dəfə artıb.

“Ötən ilin eyni dövrünə nisbətən, sürücünün də daxil olduğu 10 nəfər və ya daha çox daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin sayı 2,3 dəfə artaraq 44 təşkil edib. İnsanların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillər və digər nəqliyyat vasitələrinin sayı 2,3 dəfə artaraq 7 250 ədəd təşkil edib. Yüklərin daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələri  2.03 dəfə, 643-ə, xüsusi təyinatlı avtomobillərin sayı 3.2 dəfə artaraq, 41 ədəd təşkil edib”, - Komitədən bildirildi.

 

Bütün xəbərlər