Azərbaycanda Rusiyanın “Mir” ödəniş kartlarının tətbiqi başlayır

18.04.2019,15:25


18 aprel, Fineko/abc.az. 2019-cu ilin sonuna qədər Azərbaycanın ödəniş bazarında “Mir” kartları tətbiq oluna bilər.

“RİA Novosti” agentliyinin məlumatına görə, bu barədə Milli Ödəniş Kartları Sistemi (MÖKS) rəhbəri Vladimir Komlev bildirib.

“MÖKS “Mir” kartının MDB ölkələrində və Rusiya turistləri arasında məşhur olan digər ölkələrdə qəbul edilməsi üzərində aktiv şəkildə işləyir. 2019-cu ilin sonuna qədər planlarımıza "Mir" kartları artıq  yeddi deyil, on iki ölkədə qəbul edilməlidir. Əlbəttə ki, bu, Özbəkistan, Tacikistan, Azərbaycan və Bolqarıstandır”, - Vladimir Komlev belə deyir.