Neft məhsullarının ixracı azalıb

15:51 - 18.04.2019


18 aprel, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bildirilirki, birinci rübdə Azərbaycandan 201 min 940 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İxrac edilən neft məhsullarının dəyəri isə 100 milyon 987 min ABŞ dolları olub.

Qeyd olunurki, ötən ilin eyni aylarında ölkədən 276 min 550 ton neft məhsulları ixrac olunmuş, həmin ixracın dəyəri 135 milyon 958 min dollar təşkil etmişdi.

Bütün xəbərlər