Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasında iştirak etmiş dəmiryolçular mükafatlandırıldı

11:41 - 28.11.2017


28 noyabr, Fineko/abc.az. Dünən Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasında iştirak etmiş dəmiryolçuların mükafatlandırılması keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən, mükafatlandırma Azərbaycan prezidentinin sərəncamı ilə olub. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin təşəbbüsü ilə reallaşan BTQ layihəsinin mühümlüyü haqqında danışıb. Bildirilib ki, Asiya ilə Avropanı birləşdirən bu yolun istifadəyə verilməsi region dövlətlərinin inkişafında əhəmiyyətli rol oynayacaq”, - ADY-nın məlumatında belə deyilir.

Azərbaycan Prezidentinin Sərəncamı ilə, dörd nəfərə “Əməkdar Mühəndis” fəxri adı verilib, üç nəfər üçüncü dərəcəli “Əmək Ordeni”, 23 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub. Təltif olunanlardan ikisi Gürcüstan vətəndaşlarıdır.

 

 

Bütün xəbərlər