Azərbaycan ixrac məqsədi ilə avtobusların istehsalına başlayır

12:17 - 19.04.2019


19 aprel, Fineko/abc.az. Bu gün Hacıqabul Sənaye Məhəlləsində avtobuslar və yük avtomobilləri üçün qoşquların istehsalı üzrə Azərbaycan-İran zavodunun təməlqoyma mərasimi keçirilib.

Mərasim İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə keçirilib.

“Bu növbəti Azərbaycan-İran layihəsidir və onun dəyəri 10 milyon avro təşkil edir. Layihə "Azərmaş" ASC və "Qartal" şirkəti tərəfindən birgə həyata keçirilib. Birinci mərhələdə, 6 milyon avro, ikinci mərhələdə isə 4 milyon avro istifadə ediləcək. Zavodun illik həcmi 1000 ədəd təşkil edir, lakin ilkin mərhələdə ildə 500 avtobus istehsal olunacaq. Bundan əlavə, birinci mərhələdə zavodda 100 nəfər, ikincidə isə 200-də işləyəcək”, - nazir belə deyib.

Onun sözlərinə görə, zavod ərazisində istehsal həm yerli bazar, həm də qonşu ölkələrə ixrac üçün nəzərdə tutulub. İsveçrə, Türkiyə və İran texnologiyaları əsasında istehsal olunacaq avtobusların keyfiyyətini nəzərə alaraq ixrac mümkün olacaqdır.

Modeldən asılı olaraq avtobusların dəyəri, 135-200 min avro arasında dəyişəcək, modeldən asılı olaraq yük qoşqularının dəyəri 70-90 min avro olacaq. İxrac əsasən MDB, Mərkəzi Asiya, İran və Pakistan bazarlarına həyata keçiriləcək.

 

Bütün xəbərlər