AtaSığorta 2019-cu ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb

19.04.2019,16:34


19 aprel, Fineko/abc.az. Şirkətdən verilən məlumata əsasən cari ilin yanvar-mart ayları ərzində şirkətin ümumi sığorta haqqı yığımları 5,4 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 1,1 milyon manat (26,9 %) artmışdır. “AtaSığorta” ASC 2019-cu ilin 3 ayı ərzində 3,5 milyon manata yaxın sığorta ödənişi həyata keçirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 1,6 milyon manat (89,8 %) olmuşdur. Hesabat dövründə şirkətin balans mənfəəti 160 min manatdan çox olmuşdur.

Açar sözlər: Ata Sığorta