AMB depozit hərracında 350 milyon manat cəlb etdi

22.04.2019,12:18


22 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 22 aprel tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  360,6 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 8,45% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.