Azərbaycanda investorların cəlb edilməsi üzrə yeni proqram hazırlanır

22.04.2019,15:06


22 aprel, Fineko/abc.az. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev SOCAR-ın “Downstream Xəzər dənizi və Mərkəzi Asiya - ticarət, logistika, neft emalı və neft-kimya” IV Beynəlxalq Forumunda çıxış edib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycandan Avropaya yalnız qonşu ölkələrin deyil, həmçinin, Çin və Yaponiya kimi iri istehsalçıların mal və yükləri nəql olunur.

“Lakin, bütün bunlara baxmayaraq ətraf mühitə təsirin minimuma endirilməsi vacibdir. Sistem elə bir şəkildə qurulmalıdır ki, Xəzər dənizinin təbiətə təsiri minimuma endirilsin. Azərbaycan təkcə karbohidrogenlərlə deyil, həm də zəngin filiz ehtiyatlarına malikdir. Hazırda bu sahədə investorları cəlb etmək üçün geniş proqram hazırlanır”, - nazir bunu deyib.