Birinci rübdə Azərbaycan sahibkarları dövlət büdcəsinə 1,6 milyard həcmində vergi ödəyiblər

17:05 - 22.04.2019


22 aprel, Fineko/abc.az. İlin 1-ci rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat köçürülüb.

Nazirlikdən verilən məlumata əsasən, proqnoza 110,4% əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,5% və ya 236,4 milyon manat çox vəsait toplanıb.

“Ödənilən vergilərin 30,9%-i neft-qaz sektorunun, 69,1%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı 18,3% təşkil edib”, məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə  müqayisədə 18,6% artaraq 76,5%-ə çatıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 20,6% artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi 76,7%-ə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53%-ə yüksəlib.

“2019-cu ilin 1-ci rübündə regionlardan vergi daxilolmaları artaraq 168,4 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3% çox olub”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər