Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə ödəniləcək

23.04.2019,10:15


23 aprel, Fineko/abc.az. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  məlumatına görə, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.

Bundan sonra vətəndaşlar şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, avtomobillər üçün dövlət qeydiyyat nişanlarının alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və s. növ xidmətlər müqabilində nəzərdə tutulmuş dövlət rüsumlarını “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayanların isə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün ərizələrinin qəbul edilməsi, ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsinə görə və başqa xidmətlər üzrə rüsum ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsilə ödəməsi mümkündür.

 

Açar sözlər: ASAN ödəniş