330x110
 

“Türk Hava Yolları” Qəbələyə uçuşlar təşkil etmək istəyir

23.04.2019,14:20


23 aprel, Fineko/abc.az. Hazırda Bakı, Gəncə və Naxçıvana uçuşlar həyata keçirən THY, Azərbaycanda uçuşların coğrafiyasını genişləndirmək niyyətindədir.

Türk Hava Yolları şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Seyfulla İlyas bildirdi ki, 21 mart tarixindən etibarən işləyən Bakı-Antalya reysi iyunun 1-dən yay mövsümünün başlanğıcından gündəlik olacaq.

“Biz həmçinin uçuş coğrafiyasını genişləndirmək məsələsini də nəzərdən keçiririk. Məlumdur ki, son dövrdə Qəbələ şəhərinə turistlərin maraqları artmaqdadır. Biz bu prosesi izləyirik və əgər şirkətin rəhbərliyi qərar verərsə, biz bu istiqamətdə uçuşlar təşkil etməyə hazırıq. Amma hazırda belə planımız yoxdur”, - deyə S. İlyas bildirib.

Nümayəndəliyin rəhbəri həmçinin Türk Hava Yolları ölkəyə turistlərin cəlb edilməsi prosesində fəal iştirak etdiyini, turizm sənayesinin nümayəndələri ilə əməkdaşlıq qurduğunu və hətta şirkətlər üçün xüsusi endirim proqramlarını təqdim etdiyini bildirdi.