ATƏT monitorinq keçirib

13:27 - 28.11.2017


28 noyabr, Fineko/abc.az. ATƏT Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçirib.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, monitorinq insidentsiz başa çatıb.

“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb”, -  məlumatda belə deyilir.

 

Bütün xəbərlər