Neft qiymətləri çərşənbə axşamı günü artdı, lakin çərşənbə günü azalmağa başladı

24.04.2019,10:11


24 aprel, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,44 ABŞ dolları və yaxud 3,28% artıb və 76,94 dollar / barelə təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) aprelin 23-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,75 dollar (1,14%) yüksələrək bir barelə 66,30 dollar təşkil etmişdir.  Elektorn ticarət zamanı “WTI” markalı neftin iyun fyuçersi saat 9:15-də 0,34 dollar (0,51%) enərək 65,96 dollar / barelə təşkil etmişdir.

Çərşənbə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,47 dollar (0,63%) artaraq bir barelə 74,51 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,34 dollar (0,46%) artaraq bir barelə 74,17 dollar təşkil etmişdir.