Bank VTB (Azərbaycan) tenderlər elan edir

24.04.2019,10:50


24 aprel, Fineko/abc.az. Bank VTB (Azərbaycan) ASC iki tender elan edir.

Bankın məlumatında deyilir ki, bank təsərrüfat mallarının alınmasıtaksi xidmətləri ilə əlaqədar tender elan edib.

Tender sənədləri ilə, Xətai pr., 38, Mesenat Plaza, Bank VTB (Azərbaycan) ASC, АZ 1008 ünvanında yerləşən Bankın baş ofisində tanış olmaq olar. Tender təklifləri 06 may 2019-cı il saat 15:00-dan gec olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə, təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısını əlavə olaraq Xətai pr., 38, Mesenat Plaza, Bank VTB (Azərbaycan) ASC, АZ 1008 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

Bank VTB (Azərbaycan) ASC-nin  Müsabiqə Tender Komitəsi.

Əlaqələndirici şəxs:

Farana Heydarova

Telefon: 492-0080 (daxili nömrə 1163)

Faks: 012 437-7121

Mob: 055-862-41-53