İlham Əliyev: Azərbaycan, ölkədə böyük Çin şirkətlərinin fəaliyyətində maraqlıdır

13:13 - 24.04.2019


24 aprel, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Pekində CETC International korporasiyasının baş direktoru Vu Mançinlə görüşüb.

Görüşdə Vu Mançin şirkətin radioelektronika sahəsində ixtisaslaşdığını və Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdən məmnun olduğunu bildirdi.

Öz növbəsində, Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ölkəmizdə iri Çin şirkətlərinin fəaliyyətində maraqlıdır.

“Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün böyük imkanlar var və Azərbaycan və Çin şirkətləri arasında artıq yaxşı tərəfdaşlıq münasibətləri qurulmuşdur”, - deyə dövlət başçısı bildirib.

 

Bütün xəbərlər