İlham Əliyev Tərtərdə məcburi köçkün ailələri üçün salınan yeni yaşayış kompleksi ilə tanış olub

13:55 - 28.11.2017


28 noyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti Tərtər rayonuna səfər çərçivəsində 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinə baş çəkib.

Azərbaycan Prezidentinin saytında deyildiyi kimi, İlham Əliyev yeni yaşayış kompleksində yaradılmış şəraitlə tanış olub.

“50 hektar sahədə inşa edilmiş yeni yaşayış kompleksində, zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. 280 yerlik uşaq bağçasında da balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var”, - məlumatda belə deyilir.

Dövlət başçısı, yaşayış kompleksində yerləşən 1200 şagird yerlik məktəblə tanış oldur. Burada şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar, xüsusilə, kompüter sinifi, bədən tərbiyəsi zalı, yeməkxana və kitabxana var.

 

 

Bütün xəbərlər