AMB qısamüddətli notları tam həcmdə yerləşdirmədi

17:36 - 24.04.2019


24 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 24 aprel  tarixində AMB 50101773S dövlət nömrəli, 300 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

12 investordan 285 624,6 min manat məbləğində 20 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli  notlar üçün 99,3053 manatdan (gəlirlilik 8,99%) 99,3625 (8,24%) manata qədər

təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,3053 manat (gəlirlilik 8,99%), orta ölçülmüş qiymət 99,3117 AZN (8,91%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə 285 624,6 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 22 may  2019-cu il.

 

Bütün xəbərlər