İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşdü

10:22 - 25.04.2019


25 aprel, Fineko/abc.az. Bu gün Pekində Azərbaycan prezidenti İlham Əliyev “Huawei” şirkətinin sədri Lian Xua ilə görüşüb.

Dövlət başçısının saytı xəbər verir ki,  görüşdə Azərbaycan prezidenti və “Huawei” şirkətinin sədri əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

“Prezident İlham Əliyev “Huawei” şirkətinin Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirdi və qeyd etdi ki, bu şirkət informasiya və kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biridir. O, həmçinin vurğuladı ki, Azərbaycanla “Huawei” arasında əməkdaşlıq üçün böyük perspektivlər var”, - məlumatda belə deyilir. 

Lian Xua vurğuladı ki, artıq 15 ildən çoxdur ki, Azərbaycanda uğurla fəaliyyət göstərirlər.

Söhbət zamanı İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmsal iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə reallaşdırıla biləcək layihələrlə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev "Bir kəmər, bir yol" II Beynəlxalq konfransında iştirak etmək üçün Çində işgüzar səfərdədir. Çərşənbə günü İlham Əliyevin Çin Xalq Respublikası Sədri Si Cinpinlə görüşü olub.

 

 

Bütün xəbərlər