“Formula 1” Azərbaycan Qran Prisinə həsr olunmuş poçt markası buraxılıb

25.04.2019,11:29


25 aprel, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “FORMULA 1 AZERBAİJAN GRAND PRİX” adlı poçt markası dövriyyəyə buraxılıb.

Rəssamı Vüqar Eyyubov olan, bir markadan ibarət blok və 8 markadan ibarət suvenir vərəq şəklində buraxılmış marka  Fransanın “Cartor Security Printing” nəşriyyatında çap olunub.

Blokun və suvenir vərəqin tirajı ayrı-ayrılıqda 10 000 ədəd təşkil edir.