Azərbaycan Kredit Bürosunda kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 40 faiz artmışdır

25.04.2019,12:06


25 aprel, Fineko/abc.az. 2019-cu ilin I rübünün yekunlarına əsasən Azərbaycan Kredit Bürosu (Büro) ilə müqavilə imzalamış təşkilatların sayı 123-yə çatıb. Hesabat dövrü ərzində üç yeni təşkilat, o cümlədən 1 BOKT, 1 kredit ittifaqı və 1 lizinq şirkəti ilə müqavilə imzalanıbdır.

2019-cu ilin ilk rübü ərzində Büronun sistemindən 30 bank və 39 BOKT istifadə etmişdir. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 567,525 sorğu həyata keçirilmişdir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.

Büroda aparılmış sorğuların 505,027-i (və ya 89%-i) banklar, 62,498-i (və ya 11%-i) isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.