Abşeron rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilməsində fasilələr yaranacaq

25.04.2019,12:10


25 aprel, Fineko/abc.az. “Azərişıq" ASC-dən verilən məlumata əsasən, aprelin 25-də saat 11:30-dan 14:30-dək Abşeron rayonunun Xırdalan şəhərinin 22, 23, 24, 25 və 26-cı məhəllələrinə və Masazır qəsəbəsinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr olacaq.

Fasilə 110/10 kilovoltluq Əliağa Vahid yarımstansiyasında və bu yarımstansiyadan çıxan elektrik verilişi xəttlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.