Xalq Bank birinci rübün nəticələrini açıqladı: Stabillik və artım

25.04.2019,12:25


25 aprel, Fineko/abc.az. 2019-ci ilin I rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı  əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib.

Belə ki, Bankın aktivləri 2018-ci ilin sonuna olan göstəricilərlə müqayisədə 206.18 mln manat və yaxud 10,27 % artaraq 2 214.35 mln manat təşkil edib.

Bankın kredit portfelində müştərilərə verilən kreditlərin həcmi I rüb ərzində 75.84 mln manat və yaxud 5,49% artaraq 1 458.45 mln manat təşkil edib. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricilərdən biridir. 

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi birinci rüb ərzində 181.4 mln manat və yaxud 14,4% artaraq 1 440.81 mln manata çatıb. Bank rübü 8.95 mln manat mənfəətlə (vergilər ödənilənədək) başa vurub ki, bu da ötən ilin anoloji dövrünə olan göstəricini 19% üstələyir.

Cari ilin ilk rübündə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə Xalq Bank ölkənin maliyyə sektorunda lider banklardan biri olaraq öz mövqeyini möhkəmləndirmişdir. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir.  

Açar sözlər: Xalq Bank