Cari ilin ilk rübündə dəniz limanlarında 2 mln. tonluq yükləmə-boşaltma işləri həyata keçirilib

25.04.2019,16:10


25 aprel, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin yanvar-mart aylarında dəniz limanlarında 2 milyon 95 min 700 ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Yüklərin 1 milyon 874 min 300 tonunu və ya 89,4 faizini tranzit yüklər təşkil edib. Aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 59,1 min ton olub.

Üç ay ərzində dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 44,4 faiz artaraq 3,9 min nəfər təşkil edib.