Bakıda “Monex Caspian” sammiti keçiriləcək

25.04.2019,17:04


25 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Strateji Yol Xəritəsinə əsasən, Azərbaycanda bütün banklar 2025-ci ilə qədər rəqəmliləşdirilməlidir.

Müasir dünya tendensiyalarını, qarşıya qoyulan hədəfi nəzərə alaraq, mayın 30-31-də Bakıda genişmiqyaslı “Monex Caspian” sammiti keçiriləcək.

“Monex Caspian” yeni iş imkanları yiyələnmək, əməkdaşlıq əlaqələrini gücləndirmək və son tendensiyaları müəyyən etmək üçün Azərbaycanda təşkil olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək göstərilən sammitdə 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq spiker və 50-dək ölkədən nümayəndə iştirak edəcək.

 

Açar sözlər: Monex