Neftin etalon markaları ucuzlaşır, “Azeri Light” isə bahalaşıb

26.04.2019,09:54


26 aprel, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,53 ABŞ dolları və yaxud 0,68% artıb və 77,23 dollar / barelə təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) aprelin 25-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,68 dollar (1,03%) enərək bir barelə 65,21 dollar təşkil etmişdir. 

Elektorn ticarət zamanı “WTI” markalı neftin iyun fyuçersi səhər saatlarında 0,31 dollar (0,48%) enərək 64,9 dollar / barelə təşkil etmişdir.

Cümə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,22 dollar (0,3%) enərək bir barelə 74,35 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:00-da 0,17 dollar (0,23%) azalaraq bir barelə 74,18 dollar təşkil etmişdir.