Qaradağ rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

26.04.2019,10:40


26 aprel, Fineko/abc.az. "Azərişıq" ASC-dən verilən məlumata görə, 110 kilovoltluq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq aprelin 26-da saat 11:00-dan 15:00-dək Qaradağ rayonu, Müşviqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşviq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.