Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb

26.04.2019,12:09


26 aprel Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Sankt-Peterburqda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya ilə görüşüb.

Görüş Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı çərçivəsində baş tutub.

S.Mehdiyev ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

K.Mikuriya Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən biri olduğunu vurğulayaraq, təmsil etdiyi qurumun bir neçə mərkəzinin Azərbaycanda yerləşməsini qarşılıqlı əlaqələrin, Azərbaycan gömrüyünün beynəlxalq səviyyədə gömrük işinə verdiyi töhfələrin nəticəsi kimi yüksək qiymətləndirib.