İlham Əliyev Ağcabədi rayonuna gedib

15:33 - 28.11.2017


28 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində  bir neçə  obyektin açılışında iştirak edib.

Dövlət başçısının saytında xəbər verildiyi kimi, prezident İlham Əliyev  Bayraq Muzeyinin, Olimpiya İdman Kompleksinin və  Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Həmçinin qeyd edilir ki, İlham Əliyev  Ağcabədi rayonunda  inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib.

 

 

Bütün xəbərlər