ARDNF mart ayında 600,5 milyon dollar satıb

16:09 - 26.04.2019


26 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını davam etdirir.

ARDNF-nin məlumatına görə, mart ayında valyuta hərraclarında Fond 600,5 milyon dollar, fevralda 316,2 milyon dollar, yanvarda isə 634,9 milyon dollar satıb.

2019-cu ilin birinci rübündə ARDNF hərracda 1551,6 milyon dollar, 2018-ci ildə 6460,4 milyon dollar, 2017-ci ildə isə 3597,8 milyon dollar satmışdı.

 

Bütün xəbərlər