16:12 - 26.04.2019
26 aprel, Fineko/abc.az. Dövlət Neft Fondunun (ARDNF) aktivləri ARDNF-nin tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dolları həcmini keçmişdir.
Fond bildirir ki, 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 5 960,7 milyon manat, büdcə xərcləri isə 2 640,7 milyon manat təşkil etmişdir.
2019-cu ilin birinci rübü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 605,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 833,5 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat təşkil etmişdir.
Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 355,7 milyon manata bərabər olmuşdur.
Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 615,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılmışdır. 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,0 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 332,0 milyon manat təşkil etmişdir.
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
16 Aprel 2024
16 Aprel 2024
16 Aprel 2024
17 Aprel 2024