ARDNF-in dollar portfelinin 7,4 faizi qızıl investisiyaları təşkil edir

17:19 - 26.04.2019


26 aprel, Fineko/abc.az. ARDNF-in 2019-cu ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir ki, bu il martın 31-nə ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya portfelinin 55 faizini, avro 33,3 faizini, funt-sterlinq 5 faizini, Avstraliya dolları 0,6 faizini, Türkiyə lirəsi 0,8 faizini, Rusiya rublu 0,6 faizini, Koreya vonu 0,5 faizini, Çin yuanı 1,2 faizini, Yaponiya yeni 1,6 faizini, digər valyutalar isə 1,4 faizini təşkil edib.

 Hesabata görə, ABŞ dolları portfelinin 2 milyard 973,6 milyon dollarlıq hissəsini (7,4 faiz) qızıl investisiyaları təşkil edir.

Həmçinin ARDNF-in investisiya portfelinin 0 faizi (yəni 400 min dollar) - təqribən 680 min manatı Azərbaycan manatıdır.

 

Bütün xəbərlər