Neft ucuzlaşdı, “Azeri Light” 74,21 dollar / barelə qədər endi

10:00 - 29.04.2019


29 aprel, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,02 ABŞ dolları və yaxud 3,91% düşərək 74,21 dollar / barelə təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) aprelin 26-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 1,91 dollar (2,93%) düşərək bir barelə 63,30 dollar təşkil etmişdir. 

Elektorn ticarət zamanı “WTI” markalı neftin iyun fyuçersi saat 9:15-də 0,36 dollar (0,57%) enərək 64,9 dollar / barelə təşkil etmişdir.

Cümə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 2,20 dollar (2,96%) düşərək bir barelə 72,15 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,41 dollar (0,57%) azalaraq bir barelə 74,18 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər