Azərbaycan nefti bahalaşdı

10:09 - 30.04.2019


30 aprel, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,32 dollar (0,43%) yüksələrək 74,53 dollar / barelə təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) aprelin 29-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,20 dollar (0,32%) bahalaşaraq bir barelə 63,50 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyun fyuçersi saat 9:15-də 0,10 dollar (0,16%) enərək 63,40 dollar / barelə təşkil etmişdir.

Bazar ertəsi günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,11 dollar (0,15%) enərək bir barelə 71,04 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,28 dollar (0,39%) azalaraq bir barelə 71,76 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər