Azərbaycan və Türkiyə aqrar əməkdaşlığın genişləndirilməsi ilə bağlı sənəd imzalayıblar

11:46 - 30.04.2019


30 aprel, Fineko/abc.az. İzmirdə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası keçirilir.

Nazirliyin verdiyi məlumata əsasən, iclasda Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycanda pambıqçılığın inkişafına dair Niyyət Bəyannaməsini imzalayıblar.

“Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrini daha da genişləndirmək üçün mövcud imkanlardan daha səmərəli istifadə etməyi hədəf götürüblər. Bu əməkdaşlıq sayəsində kənd təsərrüfatı sahəsində geniş perspektivlər, o cümlədən məhsulların ixrac həcmini artırmaq üçün yeni imkanlar yaranıb”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər