AMB 200 milyon manatlıq qısamüddətli notlar yerləşdirəcək

16:06 - 30.04.2019


30 aprel, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-nin məlumatında deyilir ki, mayın 1-də 50100176S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar 200 milyon manat həcmində təqdim ediləcək, hər notun nominal dəyəri 100 manat təşkil edəcək. Notların tədavül müddəti 28 gündür”, - BFB-nin məlumatında belə deyilir.

 

Bütün xəbərlər