AYİB Azərbaycan üzrə strategiyanı təsdiqlədi

16:26 - 30.04.2019


30 aprel, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-2024-cü illərə Azərbaycan üzrə strategiyanı təsdiqləyib.

AYİB-in Bakı Nümayəndəliyinin məlumatında  deyilir ki, strategiyanın əsas prioriteti iqtisadiyyatın differensiasiyasıdır.

“Xüsusilə, strategiyada özəl və dövlət sektorunun inkişafına dəstək, özəl və dövlət şirkətlərinin idarə edilməsinin gücləndirilməsi, bank və qeyri-bank təşkilatlarının kreditləşdirilməsinin təşviqi, yerli valyuta və kapital bazarlarının inkişafının dəstəklənməsi, “yaşıl” iqtisadiyyatın dəstəklənməsi, o cümlədən, bərpa olunan enerji mənbələri sahəsi, ekoloji cəhətdən təmiz nəqliyyat və infrastruktur  nəzərdə tutulur”, - məlumatda belə deyilir.

AYİB Azərbaycanda aparıcı investordur və hazırda enerji, bank, infrastruktur, sənaye və ticarət sahələrinə təxminən 3,3 milyard avro ayırmışdır.

 

Bütün xəbərlər