Vladimir Doroxinin müraciəti

16:28 - 28.11.2017


28 noyabr, Fineko/abc.az. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin saytında keçmiş səfir Vladimir Doroxinin müraciəti dərc edilib.

Müraciətdə  deyildiyi kimi, öz missiyasını Vladimir Doroxin Rusiya Federasiyası Prezidentinin qərarı ilə bitirdi.

“Mən Azərbaycana  təxminən doqquz il əvvəl gəldim. Mənim dəqiq siyasi təlimatım var idi: Azərbaycanla münasibətləri möhkəmləndirmək. Bu tapşırığı yerinə yetirmək çətin deyildi. Qarşımdakı qapılar açıq idi. Azərbaycan da, Rusiya kimi, bizim münasibətlərin möhkəmləndirilməsi üçün çalışırdı.

Ötən illər ərzində mən, bir çox mühüm hadisələrin şahidi və iştirakçısı oldum ki, həmin hadisələrin nəticəsində, hər iki dövlətin suverenliyinə tam hörmət, qarışmama və maraqların tarazlığı  prinsiplərinə əsaslanan  Rusiya-Azərbaycan tərəfdaşlığının genişləndirilməsi olmuşdur. Biz, bir-birimizi daha yaxşı anlamağı, keçmiş münasibətlərimizdəki bütün müsbət məqamları qiymətləndirməyi və zamanın yeni tələblərinə uyğun olaraq əməkdaşlıq qurmağı öyrəndik.  Rusiya-Azərbaycan münasibətlərinin xoş xasiyyətini milyonlarla insanlar hiss edə bilmişdir. 

Azərbaycanlılara, onların Səfirliyin işinə və şəxsən mənim işimə daim maraq göstərdiklərinə görə təşəkkür etmək istəyirəm. Bu, dostcasına göstərilən maraq olub. İndi mən daha yaxşı başa düşürəm ki, başqa cür ola bilməzdi. Rusiya ilə münasibətlərin möhkəmləndirilməsinə istiqamət  Azərbaycanda geniş bazaya malikdir”, - müraciətdə belə deyilir.

 

Bütün xəbərlər