Birinci rübdə turistlər Azərbaycana 271 min manatlıq nağdsız hesablaşma dövriyyəsi təmin etdilər

17:30 - 30.04.2019


30 aprel, Fineko/abc.az. Yanvar-mart aylarında  Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi gəlib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart buraxılışında deyilir ki, 2019-cu ilin birincə rübündə  xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  271,6 milyon manat olub.

“Mart ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 98 milyon manat təşkil edib”, - İcmalda belə deyilir.

 

Bütün xəbərlər