Azərbaycan neftinin qiyməti endi

10:36 - 2.05.2019


2 may, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 0,58 dollar (0,77%) azalaraq 74,97 dollar / barelə təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 1-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,31 dollar (0,49%) ucuzlaşaraq bir barelə 63,60 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyun fyuçersi saat 9:15-də 0,18 dollar (0,28%) enərək 63,42 dollar / barelə təşkil etmişdir.

Çərşənbə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,12 dollar (0,17%) artaraq bir barelə 72,18 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,22 dollar (0,30%) azalaraq bir barelə 71,96 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər