Əhaliyə göstərilən xidmətlərin qiymətləri 0,4% artıb

11:09 - 2.05.2019


2 may, Fineko/abc.az. Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabatına əsasən xəbər verilir ki,  cari ilin birinci rübündə paytaxtda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz bahalaşıb.

Yanvar-mart aylarında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 0,4 faiz artıb.

Bütün xəbərlər