Qida məhsullarının istehsalı 32,7% artıb

11:21 - 2.05.2019


2 may, Fineko/abc.az. Bakı Şəhər Statistika İdarəsinin hesabatına əsasən qeyd olunur ki, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə, cari ildə tütün məmulatlarının istehsalında 98,5 faiz, içki istehsalında 65,8 faiz, qida məhsullarının istehsalında isə 32,7 faiz artım müşahidə olunub.

Birinci rübdə paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 294,9 milyon manat dəyərində məhsul istehsal edilib.

Həmçinin ötən ilin eyni aylarına görə bu sahələrin əsas məhsullarından pendir və kəsmik məmulatları istehsalı 3,5 dəfə, şirin peçenye istehsalı 2,5 dəfə, insanın qidalanması üçün yararlı olan duz istehsalı 13,3 faiz artıb.

 

Bütün xəbərlər