Elmar Məmmədyarovun Qananın xarici işlər naziri ilə görüşü olub

12:19 - 2.05.2019


2 may, Fineko/abc.az. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazir Elmar Məmmədyarov Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri Şirley Ayorkor Boçvey ilə görüşdü.

Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi apardılar. Tərəflər insanlararası təmasların daha da artırılması məqsədilə qanalı tələbələrin Azərbaycanda təhsil imkanlarını müzakirə etdilər.

Bütün xəbərlər