Azərbaycanla Uruqvay iqtisadi, ticarət və texniki əməkdaşlığa dair saziş imzalayıb

14:20 - 2.05.2019


2 may, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşüb. Görüşdə Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında” Saziş imzalanıb. Sənəddə ölkələrimiz arasında iqtisadi, ticarət və texniki əməkdaşlığın genişləndirilməsi məqsədilə Birgə Komissiyanın yaradılması, kiçik və orta şirkətlər arasında əməkdaşlığın, hər iki ölkədə keçirilən beynəlxalq sərgi və yarmarkalarda iştirakın təşviqi, investisiya sahəsində təcrübə mübadiləsinin təşkili və sair məsələlər nəzərdə tutulur.

Bütün xəbərlər