Bakıda yanvar-mart aylarında 302,8 min ton avtomobil benzini istehsal edilib

14:50 - 2.05.2019


2 may, Fineko/abc.az. Bakı Şəhər Statistika İdarəsinin məlumatına əsasən, cari ilin yanvar-mart aylarında Bakıda 302,8 min ton avtomobil benzini istehsal edilib.

Birinci rübdə paytaxtda 515,6 min ton dizel yanacağı, 78,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 154,2 min ton ağ neft, 18 min ton yanacaq mazutu, 4,9 min ton sürtkü yağları, 61,2 ton neft koksu və 39,4 min ton neft bitumu istehsal olunub.

Bütün xəbərlər