Bakıda neft məhsullarının istehsalı 1,4 % artıb

15:13 - 2.05.2019


2 may, Fineko/abc.az. Bakı Şəhər Statistika İdarəsinin məlumatına əsasən, cari ilin yanvar-mart birinci rübdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 735,1 milyon manat olmaqla əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə sabit qiymətlərlə 1,4 faiz artıb.

Neft məhsullarından, avtomobil benzininin istehsalı 1,6 faiz, yanacaq mazutunun istehsalı 8,6 faiz azalıb.

Ağ neftin istehsalı 9,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 36,8 faiz, dizel yanacağının istehsalı isə 5,9 faiz çoxalıb.

Bütün xəbərlər