İham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

02.05.2019,16:13


2 may, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə Forumda iştirakına görə təşəkkürünü bildirən ölkə başçısı qonağın Forumun açılış mərasimində söylədiyi fikirlərin əhəmiyyətini vurğuladı.

Dövlət başçısı “Bakı prosesi”nin mühüm beynəlxalq platforma olduğunu dedi. Bu prosesin 10 ildən artıq davam etdiyini və bu gün dünyada mədəniyyətlərarası əlaqələrin və dinlərarası əməkdaşlığın qurulmasında ən səmərəli mexanizmlərdən biri kimi tanındığını diqqətə çatdırdı.