Neftin qiymətləri cümə axşamı günü kəskin endi, “Azeri Light” neftinin qiyməti cüzi azaldı

10:03 - 3.05.2019


3 may, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 0,09 dollar (0,12%) azalaraq 74,88 dollar / barelə təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 2-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 1,79 dollar (2,81%) kəskin ucuzlaşaraq bir barelə 61,81 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyun fyuçersi saat 9:30-da daha 0,13 dollar (0,21%) enərək 61,68 dollar / barelə təşkil etmişdir.

Cümə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 1,43 dollar (1,98%) düşərək bir barelə 70,75 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri 9:30-da 0,31 dollar (0,44%) azalaraq bir barelə 70,44 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər